Qəbul imtahanlarında 700 balın yığılmamasının psixoloji səbəbləri- AÇIQLAMA

Baxılıb:387
Qəbul imtahanlarında 700 balın yığılmamasının psixoloji səbəbləri- AÇIQLAMA

Bu il ali məktəblərə qəbul imtahanlarında maksimum bal toplayan olmayıb və istər-istəməz bunun səbəbləri ilə bağlı suallar yaranır. Mövzuyla bağlı, psixoloq Aytən Ələkbərova açıqlama verib:
“Ümumi götürdükdə, burada psixoloji məqamların, uşaqlara təsirindən qısada olsa deyərdim . 11 ildir şagirdlərin eşitdiyi bir söz kurikulum sistemi çox çətindir, görən bu uşaqlar ali məktəbə necə qəbul olacaq, bizim vaxtımızda belə çətin deyildi, indi necə edəcəyik… Bu suallar şüuraltı deponun dolmasına gətirib Çıxardır. Əgər valİdeyin 1-ci sinifdən olan riyaziyyat sualının qarşısında aciz qalaraq, emosyasına hakim olmayıb, övladına fiziki zorakılıq göstərməsi , daha sonra dərs deyən müəllimlərin kurikulum sistemidir. Belə ağırdı əllərində iş dəftəri bir-birilərinin üstünə getməsi şagirdlərin gözü qarşısında yaşanan təşviş , nəhayət repetitorların hazırladığı abituryentə ilin ortasında hələ dəqiq bilinmir necə olacaq və ötürdüyü növbəti stres …Sizcə bunları yaşayan abituryent 700 vəya maksimum balı necə yığsın? Məktəbi özümüzə ən düzgün informasiya yeri bildiyimiz halda, verilən suallara direktor müavini və ya direktor deyirse hələ bizdə bilmirik nəcə olacaq və hər kəsin həyacanla xəbərlərdə və sayıtdakı informasiyanı gözləməsi abituryentlərin emosianal psixosomatik pozuntusu , panik ataqin geniş vüsətinə səbəb olan netice… Bu uşaqları təsəvvür edin ki, eksprment dovşan kimi kələm yox, kabab verək. Görək mədəsi dözəcəkmi, yoxsa məcburi dözmelisənin imtahanını verdi” .

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir