Nazirdən yeni rəis TƏYİNATI

Baxılıb:133
Nazirdən yeni rəis TƏYİNATI

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə Əmiraslanov Səbuhi Abdulla oğlu təyin edilib. O bu təyinata qədər Şəmkir DYP-nin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Goranboy DYP-nin əvvəlki rəisi, polis mayoru Müşviq Əliyev vəzifəsindən azad olunaraq, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə rəis təyin edilib.


Abunəlik