Bakıda 23 nəfəri gün vurdu

Baxılıb:80
Bakıda 23 nəfəri gün vurdu

Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib.

Bu barədəTƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 9 nəfəri hospitalizasiya edilib, 14 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 17-si kişi, 6-sı qadın olub.


Abunəlik