Millət vəkilindən vətəndaş probleminə həssas yanaşma…

Baxılıb:232
Millət vəkilindən vətəndaş probleminə həssas yanaşma…

Saytımıza müraciət edən Bakı şəhər Xəzər rayon sakini Nəbiyeva Vüsalə Cahangir qızı millət vəkili Aydın Mirzəzadəyə ünvanlı sosial yardım probleminin həll olunması   ilə bağlı təşəkkür bildirib.

Vüsalə xanım bildirir : “Mənim 4 az yaşlı övladım var.Tək anayam. Aydın müəllimin popcorn satan azyaşlının  məsələsinə həssas yanaşmasını gördükdən sonra “facebook” sosial şəbəkəsində millət vəkilinin paylaşımlarının birində öz problemimi yazdım. Aydın müəllim özü mənə şəxsi bölümünə yazaraq problemimlə dərindən maraqlandı. Bir həftə keçməmiş ünvanlı sosial yardım problemim həll olundu. Bu mənim üçün çox gözlənilməz və sevindirici oldu. Nə qədər alqış etsəm azdır. Mən və 4 övladım Aydın müəllimə daim minnətdarıq. Çox istərdim ki bütün məmurlar, yüksək vəzifəli şəxslər hamısı vətəndaşların problemlərinə eyni qayğı ilə yanaşsın.”

Vüsalə xanım eyni zamanda “Dost-Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nə  təşəkkürünü bildirdi.

 

Fərid Abdinov/AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir