“Mən qadın olsaydım,oğul dogmazdım”

Baxılıb:678
“Mən qadın olsaydım,oğul dogmazdım”

Mən qadın olsaydım…

Mən qadın olsaydım oğul doğmazdım,
oğullar böyüyüb kişi olurlar,
kişilər aldadır qadınlarını.

Mən qadın olsaydım oğul doğmazdım,
oğullar böyüyüb əsgər olurlar,
əsgərlər öldürür başqalarını.

Mən qadın olsaydım oğul doğmazdım,
oğullar böyüyüb şair olurlar
– şairlər ən yaxşı yalançılardı.

Mən qadın olsaydım Allah doğardım,
qoy olsun Allaha günah, doğardım,
Allahı azacıq uşaq doğardım,
qoy bir az anlasın ac uşaqları.

Rəvan Cavid 🍀


Abunəlik