Məhşur müğənninin qardaşı prezidentə müraciət etdi:” Son günlərimi…”-VİDEO

Baxılıb:160
Məhşur müğənninin qardaşı prezidentə müraciət etdi:” Son günlərimi…”-VİDEO

Məhşur müğənni Aygün Kazımovanın qardaşı Kazım kazımzadə prezidentə müraciət ünvanlayıb. Müraciətdə xərçəng xəstəliyindən əziyyət çəkdiyini, son günlərini ailəsinin yanında keçirmək arzusunda olduğunu deyən Kazım Kazımzadənin durumunun tamamilə ümidsiz olduğu deyilir. Nəzərinizə çatdıraq ki bir neçə gün önçə onun həyat yoldaşı Leyla İsgəndərova  və oğlu  Ələsgər Kazımzadə  AzTimes.az saytının redaksiyasına məsələnin ictimailəşdirilməsinə dəstək olmağımız üçün   müraciət ünvanlayıb. Ələsgər Kazımzadə  atasına dəstək olaraq prezidentə videomüraciət edib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına
Bakı Şəhəri Ağır cinayətlər məhkəməsinin hökmü ilə 10 oktyabr 2014-cü il tarixli  hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.32 maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda ağır Ankaloji xəstəlik səbəbi ilə Penitersiar Xidmətin Müalicə Müəsisəsində cəza çəkən Xalq artisti Aygün Xanım Kazımovanın Qardaşı Kazımzadə Kazım Ələsgər oğlu tərəfindən
                 Ə R İ Z Ə
Hörmətli Cənab Prezident!
Yazaraq Sizəbildirmək  istəyirəm ki,mən 2015-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitersiar Xidmətinin 2 saylı Cəza-çəkmə Müəsisəsinə daxil olmuşam,daxil olduğum müddətdən 2018-ci ilədək daxili rejim qaydalarını pozmamışam.Müəsisə Rəisi tərəfindən barəmdə heç bir tənbeh tədbiri göruülməmişdir.2018-ci ildə Bel-kürək nahiyəmdə yaranmış ağrılar səbəbi ilə 23/06/2018-ci ildə Müalicə Müəsisəsinə göndərilmişəm.Mənə aparılan müayinələrdən sonra MRT müayinəsinə göndərilmişəm.Müayinənin cavabı isə 3-cü dərəcəli Bəd-xasiyyət Xərçəng Xəstəliyi olmuşdur.
Azərbaycan Respublikasının Qanunlarına (yəni 178.3-cü maddəyə)əsasən Cəza-çəkmə Müəsisəsinə daxil olduğdan sonra Ankoloji xəstəliyə düçar olmuş məhkum,cəzanın bitməsinin vaxtından əvvəl azadlığa buraxılmalıdır.
Yəni Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən komisiya keçirilib azadlığa buraxılmalıdır.
Mən də bu Komisiyalara təqdim edilmişəm. Şəxsən Cənab General Mayor Rəfail Mehdiyev tərəfindən iki dəfə Komisiyada iştirak etmişəm.Ancaq heçbir nəticə əldə etməmişəm.Yəni barəmdə aparılan buraxılış Komisiyası qüvvəsində qalmışdır.
Səbəb isə belə olmuşdur,yəni Rəis Müavini İftixar Qurbanov mənə:Hələ yeriyə bildiyimi demişdir.HƏLƏ ÖLMÜRSƏN? ölənə yaxın səni buraxacağıq demişdir.
Hörmətli Cənab Prezident!
Sizdən xahiş edirəm ki,mənim səhhətimin ağırlaşmasını,ağrımdan hər gün,hər tüpürdükcə qan gəldiyini və heç bir daxili rejim qaydalarını pozmadığımı nəzərə alaraq 3-də/2-si ilə,yəni 3 ilin 2 ilini oturduğdan sonra Məhkəmə olunaraq evə buraxılmağıma köməklik göstərəsiniz.
Nəzərinizə çatdırıram ki, tənzimləmə zamanı 2 il cəzam azaldılmış, 7 il 10 aydır ki,artıq tam təmiz şəkildə cəzamı çəkirəm.
 Əvvəlcədən Sizə və Sizin Aslan Ürəkli Ailənizə öz dərin təşəkkürümü bildirirəm.
 Hörmətlə: Kazım Kazımzadə. “
https://youtu.be/Y5n7d0q9Uxs

Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir