Laçın RPŞ-nin əməkdaşları silah-sursat aşkar edib

Baxılıb:187
Laçın RPŞ-nin əməkdaşları silah-sursat aşkar edib


Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının təhkim olunduğu Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində keçirilmiş növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən 1 avtomat, 3 müxtəlif növ pulemyot, 9 əl qumbarası, 11 avtomat darağı, 1 minaatanın nişangah qurğusu və 3500 müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Abunəlik