Jurnalist Şahnəzər Bəşirovun namizədliyi qeydə alınıb

Baxılıb:279
Jurnalist Şahnəzər Bəşirovun namizədliyi qeydə alınıb

 

Jurnalist Şahnəzər Bəşirovun deputat namizədliyi qeydə alınıb.

APA İnformasiya Agentliyi və APA TV-nin bölgə müxbiri Şahnəzər Bəşirovun 88 saylı Göyçay Seçki Dairəsindən deputatlığa namizədliyi rəsmi qeydə alınıb. Bu haqda jurnalist Şahnəzər Bəşirov AzTimes.az saytına açıqlamasında  məlumat verib. Ş.Bəşirovun sözlərinə görə, Göyçay rayon sakinlərinin bir qismi ona öz namizədliyini irəli sürməsini təklif edib və ona dəstək olacaqlarını bildiriblər. “Mən Göyçayda 15 ildən çoxdur ki, bölgə müxbiri işlədiyim dövrdə tez-tez kəndlərdə əhalinin sosial problemləri ilə maraqlanmışam, video xəbərlər hazırlamışam, məqalələr yazmışam, insanların sözünü yuxarı orqanlara çatdırmışam, şikayət məktubları yazmışam, nöqsanların aradan qaldırılması istiqamətində əlimdən gələni əsirgəməmişəm. Göyçayda aztəminatlı kənd sakinlərinin, əlillərin, yataq xəstələrinin, eləcə də şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin üzləşdiyi çətinliklər zamanı onların yanında olmuşam, sosial problemlərin həll üçün onlara köməklik göstərmişəm”.
Uzun müddət ölkəmizin bir neçə informasiya agentliklərində və televiziyasında çalışmış Şahnəzər Bəşirov həm bir jurnalist, yazar kimi, həm də ölkə başçısı İlham Əliyevin “Gənclər seçkilərə fəal qoşulsunlar, yeni simalar, yeni ideyalar lazımdır” sözlərindən ruhlanaraq öz namizədliyini irəli sürüb. Şahnəzər Bəşirov 88 saylı Göyçay Seçki Dairəsinə aid olan 43 seçki məntəqəsi üzrə qeydiyyatdan keçmiş 41 min 392 seçicinin yaşadığı kəndlərdə insanların hansı problemlərinin olduğunu və onların həlli yollarını yaxşı bildiyini deyir: “İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm. Çalışmışam ki, hamının işinə kömək edim. Deputat seçilsəm xalqa, seçicilərimə daha çox xidmət göstərəcəm”.

 

Davud Tarverdiyev


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir