İtkin düşən gəlinlər Elman Nəsirovun qonşularıdır

Baxılıb:93
İtkin düşən gəlinlər Elman Nəsirovun qonşularıdır

AzTimes.az Pravda.az-a istinadla xəbər verir ki, həmin şəxslər Milli Məclisin deputatı Elman Nəsirovun həmkəndliləri və qonşularıdır.
Hazırda gəlinlərin axtarışları kənd sakinləri tərəfindən davam etdirilir.
Məlumata görə, E.Nəsirov özü də hazırda Təzəkənd kəndindədir. O, bu gün səhər Cəlilabad rayonuna yola düşüb.
Qeyd edək ki, martın 4-də rayonun Təzəkənd kənd sakinləri olan iki gəlinlər gecə ikən evdən çıxıblar. Onların hər ikisinin evli olduğu bildirilir. Qeyd olunub ki, qadınlar gecə saat 12:00-da evdən qonşuya getmək adı ilə çıxıblar. Gəlinlərin itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyinin “102” zəng xidməti mərkəzi və hüquq–mühafizə orqanlarına müraciət edilib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir