Göyçayda dava – 1 nəfər yaralandı

Baxılıb:210
Göyçayda dava – 1 nəfər yaralandı
AzTimes.az xəbər verir ki, Göyçayda toy məclisi qanlı sonluqla nəticələnib. Belə ki, Göyçay rayonunda toy mərasimində dava düşüb.
Hadisə ötən gecə rayonun Ləkçiplaq kəndində qeydə alınıb. Rayonda fəaliyyət göstərən “Kənan” restoranında keçirilən toy mərasimində 1984-cü il təvəllüdlü İbrahimov Elson Tofiq oğlu ilə 1994-cü il təvəllüdlü Səmədov Çingiz Yaqub oğlu arasında şəxsi münasibətlər zəminində dava baş verib. Qonaqların qarşısında bir-birlərini söyüşlə təhqir edən gənclərin davası toydan sonra yaşadıqları Ləkçiplaq kəndində davam edib. Çingiz Səmədov qonşusu Elson İbrahimovun döş qəfəsinə bıçaqla ağır xəsarət yetirib. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.
Davud Tarverdiyev / AzTimes.az,Göyçay/

Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir