Göyçayda biçilmiş taxıl sahəsi yanıb

Baxılıb:222
Göyçayda biçilmiş taxıl sahəsi yanıb

AzTimes.az xəbər verir ki, Göyçay rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib. Hadisə bu gün günün ikinci yarısında sözügedən rayonun Yeniarx kənd adlı qəbiristanlığında başlayıb. Yanğın qısa vaxtda geniş əraziyə yayılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, eləcə Ucar və Ağdaş rayonlarının yanğınsöndürən briqadaları cəlb olunub. Hava küləkli olduğu üçün alov qısa vaxtda qəbiristanlıqdan yaxınlıqdakı taxıl sahələrinə keçib. Hadisə zamanı həyətyanı sahələrin çəpərləri, meyvə ağacları, quru ot, və taxıl sahələri yanıb. Qeyd edək ki, yanğının kim tərəfindən törədildiyi hələ məlum deyil. Yanğının qəsdən törədildiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev/ AzTimes.az, Göyçay/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir