Beyləqan polisi şəhid ailələri ilə görüşdü

Baxılıb:81
Beyləqan polisi şəhid ailələri ilə görüşdü

AzTimes.az xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları şəhid ailələrini və qaziləri ziyarət ediblərBeyləqan Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibəti ilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərimizin ailə üzvlərini və qaziləri ziyarət ediblər. Polis əməkdaşları həmin ailələri təbrik edib, onların qayğıları ilə maraqlanıblar, bayram sovqatları təqdim ediblər. Görüşlər zamanı şəhidlərimizin və qazilərimizin göstərdikləri şücaət haqqında danışılıb, onların mərdliklə keçdiyi döyüş yolu bir daha yada salınıb.


Abunəlik