Fransa – Avstraliya oyununda 2-ci hissə başladı- YENİLƏNİR

Baxılıb:142
Fransa – Avstraliya oyununda 2-ci hissə başladı- YENİLƏNİR

Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyununda 2-ci hissə başlayıb.
İlk yarıdan sonra Avropa təmsilçisi hesabda öndədir – 2:1.
Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyununda ilk hissə başa çatıb.
Avropa təmsilçisi fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb.
Qolları avstraliyalılardan 9-cu dəqiqədə Kreyq Qudvin, fransalılardan isə 27-ci dəqiqədə Adrian Rabyo və 2-ci dəqiqədə Olivye Jiru vurub.
***
Olivye Jiru 32-ci dəqiqədə hesabı 2:1 edir.
***
Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyununda hesab dəyişib.
 Avropa təmsilçisi 27-ci dəqiqədə Adrian Rabyonun vurduğu qolla tarazlığı bərpa edib.
***
Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyununda hesab açılıb.
 9-cu dəqiqədə Kreyq Qudvin avstraliyalıları önə çıxarıb. 1:0
***
Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyunu başlayıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
***
Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda üz-üzə gələcək Fransa və Avstraliya yığmalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq:
Fransa: Uqo Loris (K), Benjamin Pavar, Dayo Upamekano, İbrahim Konate, Lukas Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru
Avstraliya: Metyu Rayan (K), Nataniel Atkinson, Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Manset.az


Abunəlik