Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Avropa çempionatında 4-cü yeri tutub

Baxılıb:74
Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Avropa çempionatında 4-cü yeri tutub

Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında komanda hesabında 4-cü yeri tutub.

ğma iki qızıl, bir bürünc medalla buna nail olub.

Aktivinə 83 xal yazdıran kollektiv 27 komanda arasında dördüncü pillədə qərarlaşıb. Komanda hesabında birinci yeri 147 xalla Ukrayna tutub. Türkiyə (142) ikinci, Rumıniya (101) isə üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində Mariya Stadnik (50 kq) və Alyon Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) bürünc medal qazanıblar.


Abunəlik