Fəzail İbrahimlinin yardım etmədiyi vətəndaşa Elman Nəsirov dəstək oldu

Baxılıb:159
Fəzail İbrahimlinin yardım etmədiyi vətəndaşa Elman Nəsirov dəstək oldu

Cəlilabad rayonunun Göytəpə qəsəbəsindən olan, hal-hazırda isə anasının müalicəsinə görə Bakıda, kirayədə yaşayan vətəndaş Hüseynov Ruslan Ağasəf oğlu saytımıza müraciət edərək maddi durumlarının yaxşı olmadığını, ərzaq təminatı bir yandan, anasının müalicəsi üçün lazım olan dərmanları ala bilmədiyinə görə çətinlik çəkdiyini bildirdi.

( Müraciət edən vətəndaş: Hüseynov Ruslan)
AzTimes.az bildirir ki, məsələ ilə bağlı Milli Məclisə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən seçilən millət vəkili Fəzail İbrahimlinin köməkçisi Emin bəylə əlaqə saxladıq. O bildirdi ki:
“Biz ona demişik ki, 190 manat yardımla bağlı elan olunan saytdan qeydiyyatdan keçsin. O, hal-hazırda rayonda deyil, rayonda olsaydı, nə isə edə bilərdik”.
Bundan sonra isə 68 saylı Cəlilabad kənd seçki dairəsindən millət vəkili seçilən Elman Nəsirovla əlaqə saxladıq və vəziyyəti ona eynilə bildirdik. Millət vəkilinin bizə cavabı belə oldu:
“Fərqi yoxdur vətəndaş hansı dairədən müraciət edib. Ona bildirin ki, mən nə lazımdır edəcəyəm”
Bu gün isə Ruslan bəy redaksiyamıza zəng edərək millət vəkilinin onu qəbul etdiyini və lazımi dəstəyi göstərdiyini bildirdi.
Qeyd edək ki, millət vəkili etdiyi yardımların saytlarda getməsinə razı olmasa da, karantin rejimi ilə əlaqədar seçildiyi dairədə etdiyi yardımlardan xəbərdarıq.
Biz də bir vətəndaş kimi cənab vəkilə göstərdiyi diqqət və həssasiyyətə görə təşəkkürümüzü bildiririk!/konkret


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir