Dünyanın ən bahalı kinoteatrı-FOTO

Baxılıb:407
Dünyanın ən bahalı kinoteatrı-FOTO

Fotoda gördüyünüz kinoteatr zalı İsveçrədə yerləşir. Biletin qiyməti 54 dollardır. Çox vaxt cütlüklər belə zallara bilet alır. Əgər tək baxmaq istəyirsinizsə, 1 bilet aldıqda yanınızdakı yer blok edilir. Başqa adam ora bilet alıb, sizi narahat edə bilmir. Bundan əlavə, hər seansdan sonra üzlükləri dəyişirlər ki, təmizlik, paklıq olsun.
AzTimes.az bildirir ki bu maraqlı məlumat CTVNews vasitəsi ilə ictimailəşib.

Məlumatda qeyd olunur ki, bu cür kinoteatrların müxtəlif divanlı, yorğanlı və s. versiyaları da olur. Uzanaraq filmləri, xüsusi ilə, 3D sənədli filmləri izləmək maraqlı ola bilər. Amma pis tərəfləri də var, yəqin ki. Təsəvvür et, izlədiyin yerdə bir də görürsən ki, kimsə qıraqda xorulduyub yatır.


Abunəlik