Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular AÇIQLANDI

Baxılıb:113
Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular AÇIQLANDI

Qətərdə keçiriləcək cüdo üzrə dünya çempionatında çıxış edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti xəbər verir ki, 7-14 may tarixlərində Dohada təşkil ediləcək çempionatda Azərbaycan 9 çəki dərəsində 9 kişi və 4 qadın ilə təmsil olunacaq.

Qadınlar
-48 kq.

Leyla Əliyeva
Könül Əliyeva

-52 kq.
Gültac Məmmədəliyeva
Aydan Əliyeva

Kişilər
-60 kq.

Balabəy Ağayev
Turan Bayramov

-66 kq.
Orxan Səfərov

-73 kq.
Hidayət Heydərov

-81 kq.
Səid Mollayi

-90 kq.
Məmmədəli Mehdiyev
Murad Fətiyev

-100 kq.
Zelim Kotsoyev

+100 kq.
Uşanqi Kokauri


Abunəlik