Dövlət Təhlükəsizliyi Xidmətində “Qan ver, həyat bəxş et!” şüarı ilə qanvermə aksiyası keçirilib

Baxılıb:222
Dövlət Təhlükəsizliyi Xidmətində “Qan ver, həyat bəxş et!” şüarı ilə qanvermə aksiyası keçirilib

AzTimes.az   DTX-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, 1 mart 2019-cu il tarixində Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Qan ver, həyat bəxş et!” şüarı ilə DTX-nin Hərbi tibb idarəsində təşkil olunmuş qanvermə aksiyasında iştirak ediblər.
Aksiya B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə birgə hazırlanmış qrafik üzrə həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq əməkdaşların yüksək fəallığı şəraitində keçirilən aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə təşkil olunub. Belə nəcib tədbirlər ölkədə qan ehtiyatının daha da artırılmasına yönəlib.
Toplanılan qan Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir