DİN-in Baş Dövlət Yol Polisi İdarəsində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirildi

Baxılıb:147
DİN-in Baş Dövlət Yol Polisi İdarəsində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirildi

Aztimes.az xəbər verir ki, 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində daxili işlər orqanlarında keçirilən silsilə tədbirlərdən biri də DİN-in Baş Dövlət Yol Polisi İdarəsində təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələlərinin bir-birini tamamladığını, böyük düha sahibi olan Ümummilli Liderin xalqa bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin rəmzi olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, ümumən ölkəmizin dövlətçilik tarixində misilsiz xidmətləri barədə ətraflı məlumat verən polis general-mayoru Ramiz Zeynalov, Ümummilli Liderin daxili işlər orqanlarının formalaşmasında və inkişafındakı rolunu, şəxsi heyətə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. ​

Tədbirdə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolundan və fəaliyyətindən bəhs edən “Tarixin izi ilə” adlı sənədli film nümayiş olunub.


Abunəlik