Lənkəran Şəhər Rayon Polis Şöbəsində Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi

Baxılıb:173
Lənkəran Şəhər Rayon Polis Şöbəsində Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi

Lənkəran Şəhər Rayon Polis Şöbəsində Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir” mövzusunda
tədbir təşkil olunub.

Çıxış edən Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov öz həyatını doğma xalqına həsr edən Ümummili lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən, onun siyasi təcrübəsi və uzaqgörənliyi sayəsində ölkəmizin beynəlxalq müstəvidə qazandığı uğurlardan, daxildə əldə olunan ictimai-siyasi sabitlikdən söz açıb. Çıxışlarda qeyd olunub ki, müstəqil Azərbaycanın qurucusu və memarı olan Ulu öndərin həyat və fəaliyyətinin öyrənilməsi həm müasir Azərbaycanın müstəqillik və inkişaf tarixinin tədqiqi, həm də əsl liderlik xüsusiyyətlərinin, vətən-millət sevgisinin gələcək nəsillərə çatdırılması baxımından ən gözəl nümunədir. Bu baxımdan Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi çox mühüm addımdır.

Tədbirdə həmçinin Azərbaycan daxili işlər orqanlarının milli təməllər üzərində formalaşmasında və inkişafında Heydər Əliyevin danılmaz rolu diqqətə çatdırılıb və qeyd olunub ki, bu gün ölkəmizin əmin-amanlığın yüksək səviyyədə qorunması, asayişin təmin olunması və cinayətkarlıqla mübarizədə yüksək nəticələrin əldə olunması sahəsində öncül mövqelərdə olması da məhz ulu öndərin titanik fəaliyyətinin nəticəsidir.

AzTimes.az


Abunəlik