Baxılıb:219

Keçmiş FHN-in Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin rəisi, polkovnik Altay Şikarov və məmur qohumları Qobustan rayon Təklə kənd sakini Kərimov Sərvər, Kərimov Sarvanın yaşadığı və istifadəsində olduqları torpağı hədə qorxu yolu ilə əlindən alırlar.
Belə ki, Kərimovlara məxsus torpaq sahəsinin 2 sot torpaq istəyən Polkovnik torpağın sahibinin kasıb olduğunu və kimsəsiz olmasını bildikdən sonra torpağın hamısını Kərimovların əlindən alağa qərar verib.
Redaksiyamıza müraciət edən Kərimovlar 2 ilə yaxındır bu mübahisənin getdiyini, dəfələrlə bu barədə aidiyyatı yerlərə şikayət etsədə qarşı tərəfin yüksək vəzifələrdə çalışmasına görə baxılmadığını bildirir. Şikayətçinin redaksiyamıza göndərdiyi həvəskar video çəklişdə Polkovnik Altay Heybət oğlu Şikarovun və Şamaxı mərkəzi xətəxanasının məsul işçisi Pakizə Şikarovanın ona qarşı təhqirlərini özündə əks etdirir.
Redaksiyamıza olunan müraciətdə hər iki tərəfin qohum olmasını sonradan yenədə qohumluq əlaqsənin yaranması, istifadədə olunan torpağın az bir hissəsinin bağışlanmasından sonra baş veridyi məlum olur. Keçmiş polkovnik hazırkı təqaüddə olan A. Şikarov yəqin bu gün yüksək vəzifədə olan qohumlarına, dost- tanışına arxayındır. Bunu bilmək vacibdir ki, “Şah qanun deyil-qanun şahdır”, haqq, ədalət və qanun alidir. Azərbaycan Respublikasının qanunları var, hər bir məmur başda olmaqla vətəndaşları bu qanlara hörmətlə yanaşmalıdır.
Videoda Kərimovun döyülməsi faktı, polkovnikin və məmur qohumlarının ona qarşı təziqləri olması görsənir. Bizdə öz növbəmizdə Cənab polkovnik və həkim xanımla əlaqə saxlayıb qarşı tərəf kimi mövqeylərini bildirməsini xahiş etdik.
Polkovnik A. Şikarov bu barədə xəbərdar olduğunu qeyd etdi. Həkim P. Şikarova isə Kərimovları ümumiyyətlə tanımadığını bidlridi. Vəzifəsindən suiistifadə edərək istifadəsində olan torpaq sahəsini mənimsəmə, məmur olan qohumlarından istifadə edərək, torpaq sahibini döymək, təhqir edərək yaxın ətrafda, ailə üzvlərinin əhatəsində şəxsin alçaltması, hüquqlarının tapdanması üzrə jurnalsit araşdırmasına başladıq. Məktubun və videonun sübut olaraq redaksiyamızda olduğu müddətdə kənar şəxslərin kadrlarda olması məqsədi ilə yayımlamırıq.
Redaksiyamız bu məsələ ilə bağlı araşdırma aparaqraq,nəticəni oxuculara çatıracaq.


Abunəlik