Cəmil Məmmədli araşdırdı-Nələr ortaya çıxdı

Baxılıb:364
Cəmil Məmmədli araşdırdı-Nələr ortaya çıxdı

30 yanvar tarix boyu… – 1806-1992

AzTimes.az Cəmil Məmmədlinin təqdimatında günün tarixi xronikasını təqdim edir:

 
30 yanvar 1806-cı il…
 
Knyaz Sisianov 1663 nəfər nəfərlik piyada qoşunu və 10 top ilə Bakıya çatır.
 
O, Naxər bulağı yaxınlığında (sonralar Petrapet – indiki Fəvvarələr meydanı) düşərgə salır…
 
30 yanvar 1919-cu il…
 
Erməni silahlı dəstələri Kəvər mahalının Bığlı, Əfəndi, Hacı, Muğan, Əyrivənd, Ağzıbir kənlərinə hücum edir.
 
Didərgin düşən əhali Ağmandan dağının yuxarı hissəsində mühasirədə saxlanılır, nəticə 3000 sakin donaraq məhv olur.
 
Hücum zamanı ermənilər Əfəndi kənd sakini İbrahim Hacıhüseynoğlunun gözləri çıxardandan sonra onu diri-diri yandırırlar…
 
30 yanvar 1919-cu il…
 
“10-lar Şurası”-nın iclasında ABŞ prezidenti V.Vilsonun təklifi ilə qərara alınır ki, fevralın 28-də ermənilər “10-lar Şurası”nın iclasında “dənizdən dənizə Böyük Ermənistan yaratmaq” proqramı ilə çıxış etsinlər. ABŞ prezidenti V.Vilson bütün Sülh konfransı boyu ermənilərin müdafiəçisi kimi çıxış edir…
 
30 yanvar 1920-ci il…
 
Erməni terrorçuları Uluxanlı dəmiryol stansiyasında azərbaycanlı qaçqınları daşıyan qatara hücum edirlər. 1 nəfər qətlə yetirilir, 12 nəfər girov götürülür, 85 nəfər isə qarət olunur.
 
30 yanvar 1990-ci il…
 
1947-ci ildə Gədəbəy rayonunun İsalı kəndində doğulan Əkbər Məmməd oğlu Qurbanov öz maşınında 6 nəfər Gədəbəy rayon sakini olan rabitə işçiləri (1936-cı ildə Mutudərə kəndində doğulmuş Əsgər Xəlil oğlu Cəlilov, 1938-ci ildə Cücənli kəndində doğulmuş Arif İslam oğlu Zeynalov, 1961-ci ildə Fərzalı kəndində doğulmuş Məhər Seyfulla oğlu Vəliyev, 15 oktyabr 1953-cü ildə İsalı kəndində doğulan İbrahim Rəsul oğlu Hüseynov, 1946-cı ildə Fərzalı kəndində doğulmuş Fərhad Məhəmməd oğlu Mirzəliyev, 1915-ci ildə Göyəlli kəndində anadan olan Hüseyn Səməd oğlu Cəfərov) ilə rayon mərkəzi bankından təqaüdçülərin pulunu alıb, geri qayıdarkən Şınıx bölgəsində, könhə Başkənd yaşayış məntəqəsi yaxınlığında əlisilahlı erməni terrorçularının qəfil hücumuna məruz qalır.
 
Hücum nəticəsində Əkbər Qurbanov, Əsgər Cəlilov, Arif Zeynalov, Məhər Vəliyev, İbrahim Hüseynov, Fərhad Mirzəyev ermənilər tərəfindən vəhşicəsinə öldürülür. Hüseyn Cəfərov itkin düşür.
 
Cəsədlər eybəcər hala salınmış vəziyyətdə tapılır.
30 yanvar 1992-ci il…
 
Goranboy rayonunun Şəfəq kəndi ermənilər tərəfindən atəşə tutulur. 1 nəfər yaralanır.
 
30 yanvar 1992-ci il…
 
“Mİ-8” həörbi vertolyotundan Xocalı-Şuşa istiqamətindəki yaşayış məntəqələrinə üstündə “Böyük Ermənistan” xəritəsi cızılmış vərəqələr atılır…
 
30 yanvar 1992-ci il…
 
Erməni yaraqlıları Ağdam rayonunun Papravənd kəndinə silahlı basqın edirlər.
 
30 yanvar 1992-ci il…
 
Azərbaycan Respublikası Ali Soveti Dağlıq Qarabağ üzrə hərbi qərargah yaradır və onun rəisi Rəhim Qazıyev seçilir…
 
30 yanvar 1992-ci il…
 
Azərbaycan və Ermənistan eyni vaxtda ATƏM (ATƏT) üzvlüyünə qəbul edilir. ATƏM Dağlıq Qarabağ məsələsində vasitəçiliyi öz öhdəsinə götürür…


Abunəlik