Bu gündən Azərbaycanda balıq ovu qadağan edilib

Baxılıb:166
Bu gündən Azərbaycanda balıq ovu qadağan edilib

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib və sentyabrın 1-dək davam edəcək.

Qadağa həm hüquqi, həm də fiziki şəxslərə aiddir.

Qaydanı pozanlar cərimələnəcək, yaxud onlara növbəti il balıq tutmaq üçün lisenziya verilməyəcək.

Qeyd edək ki, “Qırmızı Kitab”a düşən Qaya nərəsi, Xəzər qızılbalığı kimi balıq növlərini ovlamaq ilboyu qadağandır.


Abunəlik