Baxımsız, təhsildən yayınan 4 nəfər azyaşlı AUİB-nin Uşaq Sığınacağına yerləşdirilib

Baxılıb:195
Baxımsız, təhsildən yayınan 4 nəfər azyaşlı AUİB-nin Uşaq Sığınacağına yerləşdirilib

AzTimes.az xəbər verir ki,”Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə bir ailədən 4 nəfər azyaşlı uşaq baxımsız ,sosial təhlükəli vəziyyətdə qəbul edilib.Uşaqların anası ağır mədə xərçəngindən əziyyət çəkir.Ailəyə ilkin səfər olunan zaman ana və uşaqların heç birinin qeydiyyatının olmaması,azyaşlıların təhsildən yayınması və ananın ağır vəziyyətdə evdə müalicəsiz baxımsız şəraitdə qalması aşkarlanmışdır.Müraciətimiz əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin,İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərişi və dəstəyi ilə ana ağır vəziyyətdə ilkin olaraq M.A.Qasımov adına Respublikası Klinik Xəstəxanasına yerləşdirilib.Azyaşlıların reabilitasiyası “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində həyata keçiriləcək.


Abunəlik