Bakıda üçmərtəbəli binada yanğın oldu

Baxılıb:105
Bakıda üçmərtəbəli binada yanğın oldu

Bakıda üçmərtəbəli binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 10 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Abunəlik