Millət vəkili:”Bu gün Başlıbel faciəsinin ildönümüdür”

Baxılıb:201
Millət vəkili:”Bu gün Başlıbel faciəsinin ildönümüdür”

1993-cü ilin aprelində Ermənistanın Kəlbəcər rayonunu işğalı zamanı Başlıbel kəndində bütün bəşəriyyətə və insanlığa qarşı törətdiyi vəhşiliklərdən 30 il ötür.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Kəlbəcər rayonunun Başlıbel kəndinin mülki əhalisinə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş olunub.
Kənd sakinləri kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib, girov götürülən şəxslərə isə işgəncələr verilib, həmçinin həmin kənd tamamilə dağıdılıb və yer üzündən silinib.

İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, amansızcasına divan tutulmasının ağrı-acısını faciələri heç vaxt unutmayacağıq və unutdurmarıq. Faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Millət vəkili Hicran Hüseynova/AzTimes.az/


Abunəlik