Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Baxılıb:86
Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, aprelin 18-də ölkə ərazisində gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.


Abunəlik