Azərbaycanlı iş adamını şantaj edərək bir milyon dollar tələb etdilər

Baxılıb:129
Azərbaycanlı iş adamını şantaj edərək bir milyon dollar tələb etdilər

 

Türkiyədə azərbaycanlı iş adamını şantaj edərək bir milyon dollar istəyən ər-arvad saxlanılıb.

Turizm sektorunda çalışan azərbaycanlı iş adamı sentyabrın 23-də polisə müraciət edərək  təxminən beş ildir yanında çalışan şəxs tərəfindən intim görüntüləri ilə təhdid edildiyini bildirib:

“Bir milyon dollar verməsəm, həmin görüntüləri sosial şəbəkədə yayacaqlarını, ailəmə göndərəcəklərini və Azərbaycan mətbuatına verəcəklərini dedilər”.

Faktla bağlı başladılan araşdırma nəticəsində Özgür K. ilə həyat yoldaşı Esin K. Ərzurumda hotellərin birində ələ keçib.

İstanbula gətirilən şübhəlilər iş adamının onların müdiri olduğunu və onlara borclu olduğunu iddia edib.

Araşdırma zamanı ər-arvadın Gürcüstana qaçmaq istədiyi də müəyyənləşib.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir