Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Baxılıb:115
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

“Bizim ölkədə virus pandemiya vəziyyətində deyil”.
AzTimes.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, virusa yoluxanlardan yalnız biri dünyasını dəyişib: “İndiyə qədər 3 nəfər sağalıb”.
“Hazırda koronavirusa yoluxan 15 nəfər var”, – deyə İbrahim Məmmədov qeyd edib.
İ.Məmmədov bildirib ki, Nazirlər Kabineti yeni qaydalar tətbiq edib: “Ölkədə bir çox kütləvi tədbirlər qadağan olundu. Dəfn istisna olmaqla, yas mərasimləri qadağan edilir. Xüsusi rejimə riayət etməyənlər cəzalandırılacaq. Biz başqa ölkələrlə müqayisədə əlverişli vəziyyəti qoruyub saxlayırıq”. /Medicina.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir