Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəldi

Baxılıb:191
Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəldi

Qətərin paytaxtı Dohada keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov finala vəsiqə qazanıb.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı idmançı halqalarla hərəkətlərin icrasında təsnifat mərhələsini 4-cü pillədə başa vuraraq, finalda yarışmaq hüququ qazanıb.


Abunəlik