DİN-in Baş Dövlət Yol Polisi İdarəsində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirildi
Aztimes.az xəbər verir ki, 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində daxili işlər orqanlarında keçirilən silsilə tədbirlərdən biri də DİN-in Baş Dövlət Yol Polisi İdarəsində təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələlərinin bir-birini tamamladığını, böyük düha sahibi olan Ümummilli Liderin xalqa bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin rəmzi olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, ümumən ölkəmizin dövlətçilik tarixində misilsiz xidmətləri barədə ətraflı məlumat verən polis general-mayoru Ramiz Zeynalov, Ümummilli Liderin daxili işlər orqanlarının formalaşmasında və inkişafındakı rolunu, şəxsi heyətə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolundan və fəaliyyətindən bəhs edən “Tarixin izi ilə” adlı sənədli film nümayiş olunub.