Azərbaycan Uşaqları” İctimai Birliyində tələbələrin təcrübəsinə başlanıldı

Baxılıb:121
Azərbaycan Uşaqları” İctimai Birliyində tələbələrin təcrübəsinə başlanıldı

AzTimes.az xəbər verir ki, “Azərbaycan Uşaqları”İctimai Birliyi Uşaq Sığınacağı- Reinteqrasiya Mərkəzində istehsalat təcrübəsi keçən tələbələr “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Gender əsaslı zorakılıq qurbanları üçün reabilitasiya və reinteqrasiya mərkəzi ilə tanış olub.Səfər çərçivəsində tələbələr “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban xanım Zeynalova ilə görüşərək sığınacağa yerləşdirilən həssas qrupdan olan zorakılığa məruz qalmış uşaq və qadınlar ilə sosial işin aparılması, müdafiəsi istiqaməti, reabilitasiya prosesinin forma və metodu ,cəmiyyətə adaptasiyası haqqında məlumatlar əldə ediblər.


Abunəlik