Salyanda baş verən oğurluq və quldurluqda gözdən əlil sakin təqsirli bilindi- VİDEO MÜRACİƏT

Baxılıb:472
Salyanda baş verən oğurluq və quldurluqda gözdən əlil sakin təqsirli bilindi- VİDEO MÜRACİƏT

2022-ci ildə sosial mediada uzun müddət Salyan rayonunun Yenikənd kəndində silsilə quldurluq və oğurluq hadisələrinin baş verməsi gündəm oldu. Hadisə zəmnində iki kənd sakini ağır və yungül olmaqla xəsarət aldı. Bir müddət sonra polis elə həmin kənd sakini üçüncü qrup əlil Vüsal Cəfərovu həbs edərək hadisəni törətməkdə təqsirli bildi. Amma Vüsalın atası və həyat yoldaşı bununla razı deyil.AzTimes.az-a müraciət edən yaxınlar deyir ki, ilk növbədə Vüsalın kiməsə qaranlıqda xəsarət yetirməsinə sağlamlığı yol vermir . Bundan əlavə kənddə həmin hadisələr baş verdiyi zaman o evdə olub. Biz belə düşünürük ki, Vüsal hadisəni törədən şəxsləri tanıyır, amma adlarını çəkmək istəmir. Buna görə də bütün günahları onun üstündə qoymaq istəyirlər. Buna etiraz olaraq V.Cəfərov 09.10.2023-cü ildə 1 saylı cəzaçəkmə müəssisəsində özünə xəsarət yetirib. Hal-hazırda xəstəxanadadır.

Məsələ ilə bağlı AzTimes.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib:

Ötən ilin avqust ayında Salyan rayonunun Yenikənd və Şəkərli kənd sakini olan 3 nəfər Rayon Polis Şöbəsinə müraciət edərək üzləşdikləri quldurluq və oğurluq hadisələri barədə məlumat veriblər.Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Yenikənd kənd sakini V.Cəfərov saxlanılıb. İlkin dindirilmə zamanı o, törətdiyi hadisələri etiraf edib. V.Cəfərov barəsində RPŞ-nin İstintaq Bölməsində aparılan istintaq-əməliyyat tədbirləri zamanı sonuncu tərəfindən 2022-ci ilin fevral ayının 23-də gecə saatlarında rayonunun Şəkərli kəndi ərazisində törədilən daha bir cinayət əməlinin, oğurluq faktının da üstü açılıb və onun zərərçəkmişə 1750 manat maddi ziyan vurduğu müəyyən edilib. Beləliklə, V.Cəfərovun törətdiyi quldurluq və oğurluq faktları ilə bağlı RPŞ-nin İstintaq Bölməsində obyektiv araşdırmalar aparılaraq istintaq yekunlaşdırılıb və cinayət işi hüquqi qiymət verilməsi üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Abunəlik