Möhtəşəm tədbir baş tutdu – FOTOLAR

Baxılıb:383
Möhtəşəm tədbir baş tutdu – FOTOLAR

AzTimes.az xəbər verir ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə 11 oktyabr “Beynəlxalq Qızlar Günü”nə həsr olunan Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində müvəqqəti məskunlaşan uşaqlar və əməkdaşların təqdimatında “Kaman Səsi” tamaşa sərgi kompozisiyası keçirilib.

Kompozisiyanın əsas məqsədi valideyn himayəsindən məhrum olmuş və müxtəlif növ zorakılığa məruz qalan uşaqların incəsənətə maraqlarının artırılması yolu ilə öz potensiallarının ortaya çıxarılmasına dəstək olmaqdır.Uşaqların öz istəyi ilə bilik və bacarıqlarına uyğun istiqamətlərə yönəlməsinin və təhsil almalarının nə dərəcə də əhəmiyyətli olduğunu vurğulamaqdır.

İ

Tədbirdə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova,Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva,Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova ,Binəqədi Rayon İcra Hakimiyyətinin baçısının müavini Sevinc Süleymanova,Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə müdiri və əməkdaşları, Azərbaycan Respublikası Baş Prokurorluğu idarə rəis müavini ,İnsan Alverinə Qarşı Mübarizə baş idarəsinin əməkdaşları,Sosial Xidmətlər Agentliyinin departament müdiri ,Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru,TƏBİB-in şöbə müdiri,Qeyri Hökümət təşkilatlarının rəhbərləri və digər rəhbər şəxslər iştirak edib.

Tamaşanın yekununda sığınacaq sakinləri rəsmi qonaqlar tərəfindən sertifikatlar və hədiyyələrlə təltif edilib.

Tədbir AUİB-nin təşkilatçılığı,Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu,ACCFİN GROUP,”Oriflime” şirkəti, ”Amigro” Psixoloji Nitq Mərkəzi,”Uniforma” Housegroup-un dəstəyi ilə baş tutub.


Abunəlik