Təhsil Nazirliyi maniəni qaldırdı- Sığınacaq “sakinləri” məktəbə yollandı

Baxılıb:217
Təhsil Nazirliyi maniəni qaldırdı- Sığınacaq “sakinləri” məktəbə yollandı

AzTimes.az xəbər verir ki, 15 sentyabr Bilik Günündə “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzindən 34 uşaq tam orta məktəb və müxtəlif peşə məktəblərinə yollanıb. Sosial şəbəkələrdə və mediadan məlumunuz olduğu kimi sığinacaq rəhbəri Kəmalə Ağazadə sənədsiz sığınacaq sakinlərinin təhsili üçün nazirlik tərəfindən yaradılan maneələr barədə silsilə paylaşımlar edirdi. Nəhayət bu çətinlik aradan qaldırılıb. Bu barədə K.Ağazadə şəxsi Facebook hesabında məlumat yayıb:

“Dostlar ! Sənədi olan,sənədi olmayan,təhsildən kənarda qalan bütün Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi nin sakinləri ,hamımızın balaları bu gün məktəbə getdi!!!Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi təşəkkür edirik!!!Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi daima diqqətdə,nəzarətdə saxladığınıza görə minnətdarıq!!! təhsilüçünələlə”


Abunəlik