Bu kənd məktəbində “Bilik günü”QEYD OLUNUR -FOTOLAR

Baxılıb:340
Bu kənd məktəbində “Bilik günü”QEYD OLUNUR -FOTOLAR

Bu gün ölkə ümumtəhsil məktəblərində “Bilik günü”qeyd olunur. Bilik günü Göyçay rayon Elnur Seyidov adına Ulaşlı -şıxlı kənd tam orta məktəbdə də yüksək səviyyədə təşkil olunub. Nəzərinizə çatdıraq ki, bu məktəb 20-ci əsrin 50-ci illərində fəaliyyətə başlayıb.

Bu günə qədər məktəbin yüzlərlə məzunu müxtəlif ali və orta ixtisas məktəblərində təhsil alaraq ölkənin ictimai-siyas həyatında rol oynayıblar. Şagirdlər mütəmadi olaraq istər rayon, istər ölkə üzrə keçirilən bilik yarışları , istər olimpiadalarda fəal iştirak edərək yer qazanıblar Məktəb Birinci Qarabağ müharibəsi iştirakçısı şəhid Elnur Seyidovun adını daşıyır.
Məktəbdə 168 şadird təhsil alır.

Bu il birinci sinfə 14 şagird qəbul olub. 2022-2023- cü tədris ili IX sinif imtahanlarının nəticələrinə görə rayon üzrə bir ,Mərkəzi regional təhsil üzrə isə 4 -cü yerdə qərarlaşıb. XI sinfin buraxılış imtahan nəticələri üzrə isə beşinci olan məktəb bu il daha yüksək nailiyyətlər üçün çalışacaq.
Məktəbin direktoru Aynur Mahmudova XVI Müəllimlər Qurultayına vəsiqə qazanıb .
Uğurlarınız bol olsun!


Pərvin Abışova/AzTimes.az/


Abunəlik