Uşaqların təhsildə uğur qazanmalarının vacib amili açıqlandı

Baxılıb:109
Uşaqların təhsildə uğur qazanmalarının vacib amili açıqlandı

Böyük Britaniyanın Lids Universitetinin alimləri müəyyən ediblər ki, ibtidai sinif şagirdlərinin ataları tədris prosesində iştirak etdikdə onların daha yüksək təhsil göstəriciləri nümayiş etdirməsinə səbəb olur. Ataları ilə mütəmadi olaraq oynayan, kitab oxuyan və rəsm çəkən uşaqların təhsil baxımından yaşıdlarından daha ağıllı olduğu müəyyən edilib.

Bu barədə Böyük Britaniyanın “MedicalXpress” tibb və səhiyyə sahəsində xəbərlərə dair veb-xidmətinin saytında məqalə dərc edilib.

Araşdırmada 4 966 ailə iştirak edib. Tədqiqatçılar uşaqların məktəb testlərini təhlil edərək təhsildə qazandıqları uğurlara dair göstəriciləri haqqında məlumat toplayıblar və belə nəticəyə gəliblər ki, yüksək qiymətlər alan birinci sinif şagirdlərinin ataları uşaqlarını üç yaşından inkişafetdirici oyunlara, oxu və musiqi dərslərinə cəlb ediblər.

Həmçinin müəyyən edilib ki, beş yaşlı uşaqların təlim prosesində atalarının iştirakı onların yeddi yaşında yüksək təhsil göstəriciləri nümayiş etdirməsinə səbəb olur.

Bundan əlavə, atanın tədris prosesində iştirakı uşağın cinsindən, etnik mənsubiyyətindən və ailənin gəlir səviyyəsindən asılı olmayaraq uşaqların təhsil nailiyyətlərinə müsbət təsir göstərir.

Tədqiqatçılar onu da əlavə ediblər ki, ananın iştirakı uşağın təhsil nailiyyətlərindən daha çox onun emosional və sosial davranışına təsir göstərir.


Abunəlik