Nazirlik hərəkətə keçdi -Cavadxan küçəsində ağaclara qulluq olundu

Baxılıb:207
Nazirlik hərəkətə keçdi -Cavadxan küçəsində ağaclara qulluq olundu

Nəsimi rayonu, Cavadxan küçəsi 40 ünvanında ağacların susuzluqdan quruması ilə bağlı AzTimes.az saytı tərəfindən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda, 40 saylı yaşayış binasının qarşısındakı səki ilə paralel yaşıllıq sahəsində ağacların quruması faktı təsdiqini tapıb.

Ağacların suvarılması və onlara aqrotexniki qulluq göstərilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə rəsmi müraciət edilib.

Artıq ərazidəki ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib və ərazi nəzarətə götürülüb.


Abunəlik