H. Hüseynova “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik problemləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak etdi

Baxılıb:134
H. Hüseynova “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik problemləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak etdi

AzTimes.az xəbər verir ki,aprelin 17-də DİN-in Polis Akademiyasında “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik problemləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda Azərbaycan Respublikası Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri, s.e.d., professor Hicran Hüseynova DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov, DTX-nın Heydər Əliyev adına Akademiyasının rəis vəzifəsini müvəqətti icra edən, polkovnik Elşad Nəsirov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini, baş ədliyyə müşaviri Talıb Cəfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Mediasiya Şurasının İdarə Heyətinin sədri, h.ü.f.d. Nadir Adilov, BDU-nun Hüquq fakültəsinin “Cinayət prosesi” kafedrasının müdiri, h.ü.e.d., professor Firuzə Abbasovala və Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, Belarus, Qazaxıstan və Moldova Respublikalarının elm və təhsil müəssisələrinin nümayəndələri ilə birlikdə iştirak edib.

Tədbirdə Parlamentin komitə sədri Hicran Hüseynova “YETKİNLİK YAŞINA ÇATMAYAN ŞƏXSLƏRİN CİNAYƏT TÖRƏTMƏSİNƏ TƏSİR EDƏN SOSİAL-PSİXOLOJİ AMİLLƏR” mövzusu ilə bağlı çıxış edib.


Abunəlik