Millət vəkili Hicran Hüseynova: “Qızıl Aypara Cəmiyyəti 103 il şərəfli inkişaf yolu keçib”

Baxılıb:212
Millət vəkili Hicran Hüseynova: “Qızıl Aypara Cəmiyyəti 103 il şərəfli inkişaf yolu keçib”

Bu gün humanitar və xeyriyyəçilik dəyərlərini özündə təcəssüm etdirən Qızıl Aypara Cəmiyyətinin 103 yaşı qeyd olunur.

1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü və Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti üçün hökumət tərəfindən dəstək verilb.

Hazırda Qızıl Aypara Cəmiyyətinin respublikamızdakı səmərəli fəaliyyəti üçün zəruri qanunvericilik bazası və əlverişli şərait yaradılmışdır. Qurumun nəcib məqsədlərinə və əməli fəaliyyətinə hörmət əlaməti olaraq Azərbaycan Prezidentinin Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd olunur.

103 il şərəfli inkişaf yolu keçmiş, ən qocaman humanitar, qeyri-hökumət təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti yaranandan bəri özünəməxsus yer tutur, humanizm və könüllülük prinsiplərinə əsaslanaraq qayğıya ehtiyac duyan insanlara, aztəminatlı ailələrə, müalicəyə və tənha qocalara, miqrantlara və s. həssas təbəqədən olanlara humanitar missiya çərçivəsində daim lazımi yardım göstərir. Milli cəmiyyət özünün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatından bəhrələnən xüsusi humanitar missiyalı mandatı ilə dövlətin bu sahədə ən fəal yardımçısıdır.

Vətəndaşlara maddi və mənəvi dəstək göstərən Azərbaycanın bütün qızıl ayparaçılarına mərhəmət və humanizm missiyasında uğurlar arzulayıram.

Millət vəkili Hicran Hüseynova AzTimes.az


Abunəlik