Millət vəkili Bakı Kitab Mərkəzində Xocalı faciəsinə həsr olunmuş anım gecəsində iştirak etdi

Baxılıb:144
Millət vəkili Bakı Kitab Mərkəzində Xocalı faciəsinə həsr olunmuş anım gecəsində   iştirak etdi

Bu il Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. Bu münasibətlə fevralın 24-də Bakı Kitab Mərkəzi “ASAN Radio” ilə birgə tədbir keçirib. Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“ASAN Radio”-nun direktoru Emin Musavinin aparıcılığı ilə keçirilən gecədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının birinci Ombudsmanı Elmira Süleymanova, telejurnalist Qulu Məhərrəmli, Xocalı soyqırımının canlı şahidi Mürvət Məmmədov, şair Nigar Həsənzadə çıxış edib. Tədbirin bədii hissəsində klassik musiqi əsəsrləri ifa olunub, şeirlər oxunub. Sonda qonaqlar Arts Council Azerbaijan təşkilatının kolleksiyasından Xocalı soyqırımına həsr olunmuş Fransalı rəssam Reno Baltzingerin əsərlərindən ibarət rəsm sərgisi ilə tanış olub.

AzTimes.az


Abunəlik