Sumqayıt şəhərində “Narkotiklərə yox deyək” adlı dəyirmi masa keçirildi

Baxılıb:211
Sumqayıt şəhərində “Narkotiklərə yox deyək” adlı dəyirmi masa keçirildi

AzTimes.az xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin 6 saylı Folklor klubu, Əli Kərim adına Poeziya evində Narkomaniya ilə mübarizədə “Narkotiklərə yox deyək” adlı dəyirmi masa keçirilib. Tədbir öncəsi tədbir iştirakçıları qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər .
Dəyirmi masaya qonaq qismində narkomaniya üzrə azad ekspert Emil Maqalov dəvət olunub. Ekspert dəyirmi masa iştirakçılarına narkotikdən və zərərli vərdişlərindən uzaq olmaq haqqında marifləndirici məlumat verib. Tədbirdə tamaşaçı qismində Sumqayıt 1 və 2 saylı ASAN Xidmət, Gənclər Evi könüllüləri və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi tələbələri iştirak edib.


Abunəlik