Göyçay məktəblərində koronavirus?

Baxılıb:115
Göyçay məktəblərində koronavirus?

Təhsil Nazirliyi sosial şəbəkələrdə Göyçayda məktəbdə qadın əməkdaşın plastik qabda (“Pepsi” qabı) sinif otaqlarının qapısının dezinfeksiya etməsi məsələsinə münasibət bildirib.

Aztimes.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı müvafiq şöbə tərəfindən araşdırma aparıldığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, ola bilər ki, bu, həmin şəxsin öz təşəbbüsü olub:

“Məlumdur ki, dezinfeksiya işlərini Bakıda və bölgələrdə sanitar-epidemioloji stansiyalar tərəfindən aparılır. Bu da dövlət tərəfindən həyata keçirilir”. (Report.az)


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir