Gədəbəydə icra nümayəndəsi maşının nömrəsini saxtalaşdırmasına polis müxadilə edə bilmir – FOTO

Baxılıb:1437
Gədəbəydə icra nümayəndəsi maşının nömrəsini saxtalaşdırmasına polis müxadilə edə bilmir – FOTO

AzTimes.az xəbər verir ki,bu haqda jurnalist Zaur Qənbərov şəxsi “Facebook” hesabında yazıb:

“Bu maşın Gədəbəy rayon İnəkboğan kənd icra nümayəndəsi Kazımov Şahin İlyas oğluna məxsusdur. Maşının dövlət qeydiyyat nömrəsi 10-SK-021 olsa da, Ş.Kazımov nömrəsini öz adına uyğunlaşdırıb. S hərfinin aşağı hissəsinə şurup bağlayaraq Ş hərfi edib. SK olub ŞK, bu da Şahin Kazımov anlamına gəlir.
İndi bu maşın radara düşürmü? Yaxud qayda pozuntusu edəndə kameralarda necə müəyyən edirlər? Əlbəttə, xeyr.

Təbii ki, bunu Gədəbəyin YPX əməkdaşları görürlər və bilirlər. Gədəbəyin icra başçsı İbrahim Mustafayev olan zaman Şahin maşınlarını rayonda yolun ortasında da park edirdi. İ.Mustafayevin bibioğlusu Taleh Məmmədovla ailəvi dost olması bu qayda pozuntusu etməsinə şərait yaradırdı və kimsə də irad bildirməyə cürət etmirdi.

İ.Mustafayev Gədəbəydən başçılıqdan getsə də, YPX əməkdaşları yenə də Şahini saxlamaqda çəkinirlər. Bəlkə də döyülməkdən qorxurlar. Çünki illər əvvəl Şahin Kazımov Gədəbəy Polis Şöbəsində Verdi adlı polis zabitini xidməti otağında döymüşdü. Üstəgəl Gəncə-Şəmkir YPX Postunda polis çavuşunu döymüşdü. Göz gördüyündən qorxur. S hərfini Ş hərfinə keçirən Şahindən qorxu olmasa, YPX əməkdaşları buna çoxdan tədbir görərdi.”

Zaur Qənbərov məsələyə operativ cavab verilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edib.

t.me/aztimesaz


Abunəlik