Hicran Hüseynova Nərgiz xanım Paşayevanı təbrik etdi

Baxılıb:110
Hicran Hüseynova Nərgiz xanım Paşayevanı təbrik etdi

“Bu gün dəyərli xanım, qayğıkeş ana və elm xadimi Nərgiz xanım Paşayeva Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Həmçinin Filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayevanın doğum günüdür.
Böyük fərəh hissi ilə bildiririk ki, Nərgiz xanım Paşayeva elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət sahələrinin inkişafında müstəsna xidmətlər göstərir.
Öz fəaliyyəti, fədakarlığı və səmimiyyəti ilə ölkəmizə töhfələrini verən xeyirxah Nərgiz xanım Paşayevanı ürəkdən təbrik edir, ona cansağlığı, ailəsi ilə birlikdə uzun və xoşbəxt ömür, müstəqil Azərbaycanın daha da inkişafı naminə məqsədyönlü və şərəfli fəaliyyətlərində daha böyük uğurlar arzulayıram!”

Hörmətlə: Hicran Hüseynova /AzTimes.az/


Abunəlik