Azərbaycan Bütövlük Platforması 21 Azər hərəkatının 77-ci ildönümü ilə bağlı elmi- nəzəri konfrans keçirildi

Baxılıb:184
Azərbaycan Bütövlük Platforması 21 Azər hərəkatının 77-ci ildönümü ilə bağlı elmi- nəzəri konfrans keçirildi

AzTimes.az xəbər verir ki, bu gün Azərbaycan Bütövlük Platforması 21 Azər hərəkatının 77-ci ildönümü ilə bağlı elmi- nəzəri konfrans keçirib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Bütövlük Platformasının sədri Bəhram İsmayıl 21 Azər günü ilə bağlı qısa məlumat verib.


İlk məruzəçi tarixçi professor Nəsib Nəsibli 21 Azər hərəkatının ideoloji-hüquqi əsasları, xronologiyası haqda geniş çıxış edib. O, çıxışında Güney Azərbaycanda ötən əsrdə aparılan milli demokratik hərəkatın tarixinə nəzər salaraq, heç bir zaman millətin azadlıq arzusunun ölmədiyini bildirib: “Bütün hərəkatın lideri millətdir və tarixə möhürü o vuracaq”.
Daha sonra millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək, İranda illərlə hökm sürən istibdadın sonuna az qaldığını bildirdi: “İran onsuz da dağılacaq. Bu regionda heç şübhəsiz aparıcı qüvvə Azərbaycan türkləridir. Biz millət olaraq, təşkilatlanmalı və dünyanın indiki siyasi düzənindən uduşla çıxmalıyıq”.

Tarixçi professor Boran Əziz 21 Azər hərəkatının hədəfləri və məqsədləri haqda danışıb. O, həmin illərin təcrübəsindən bu gün xüsusi dərs götürməyin vacibliyini bildirib.
Tədbirdə iştirak edən Güney Azərbaycan keçici parlamenti təşkilat komitəsinin üzvü Abdulla Əmir Haşimi bütövlükdə, bu gün xaricdə və Güney Azərbaycanda aparılan mübarizə haqda geniş məlumat verib. Daha sonra Azərbaycan Mill İstiqlal Pariyasından professor Vidadi Bəşirov, Milliyyətçi Hərəkatçıkar Birliyindən Qorxnaz İbrahimli, Haqq Ədalət Partiyasından Zəlimxan Məmmədli, Təbrizdən Səttar Mahmudoğlu, Məsumə Şükürzadə, xalq hərəkatından Bünyamin Qəmbərli və digərləri mövzu ilə bağlı çıxış edib.
Tədbir yüksək əhval – ruhuyyədə və diskussuya şəraitində baş tutub.


Abunəlik