Ananın Vilayət Eyvazova müraciətində səsləndirdiyi İTTİHAMLARA DİN-dən CAVAB

Baxılıb:381
Ananın Vilayət Eyvazova müraciətində səsləndirdiyi İTTİHAMLARA DİN-dən CAVAB

Ötən gün Abşeron rayon Saray qəsəbə sakini Zəminə Babazadə AzTimes.az saytına müraciət edərək oğlu Rəşad Mirişlinin əsassız yerə haqqında Abseron RPİ-də C.M-nin 178.1 maddəsi ilə cinayət işi qaldırılaraq həbs edilməsi barədə müsahibə vermişdi.

Məsələ ilə bağlı AzTimes.az-ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətindən bildirilib:

“Abşeron rayon sakini Rəşad Mirişlinin guya Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əsassız yerə həbs olunması ilə bağlı səsləndirilən iddialar əsassızdır və müdafiə xarakteri daşıyır.
Belə ki, Rəşad Mirişli respublikada fəaliyyət göstərən bankların birində bağlanmış ipoteka müqaviləsi əsasında Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evini ipoteka yüklü etmiş,sonradan ipoteka saxlayanın razılığı, o cümlədən ipoteka predmetinə dair sərancam vermək hüququ olmadan həmin əmlakı Əfrasim Zamanovun etibarından sui-istifadə edərək rəsmiləşdiriləcəyinə dair vəd verməklə formal olaraq satılması adı altında 27.01.2015-ci ildə sonuncunu aldadaraq külli miqdarda – 103 000 manat pulunu ələ keçirmişdir.
Zərərçəkmişin şikayəti əsasında 2022-ci ildə Abşeron rayon prokurorluğunda fakta görə cinayət məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə) maddəsi ilə cinayət işi başlanılmaqla istintaqın davam etdirilməsi üçün Rayon Polis İdarəsinə göndərilmişdir.
R.Mirişlinin sözügedən cinayət əməlini törətməsinə ilkin istintaq materialları ilə sübuta yetirildiyinə görə toplanmış materiallar baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə R.Mirişli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.
Videoda rayon polis idarəsinin müstəntiqinin məhkəmə iclasında iştirakı ilə bağlı səsləndirilən iddialarla əlaqədar isə bildiririk ki, müstəntiq rayon həhkəməsinin rəsmi dəvəti əsasında məhkəmə prosesində iştirak edib.”


Abunəlik