29 Yanvarın hansı hadisələrə şahidlik etdiyini bilirsiniz?-SİYAHI

Baxılıb:241
29 Yanvarın hansı hadisələrə şahidlik etdiyini bilirsiniz?-SİYAHI

29 yanvar 1299-cu il…
Osmanlı imperatorluğu elan edilir.

29 yanvar 1916-cı il…
Rus ordusu Ərzurum istiqamətində hücuma keçir. Çoxlu sayda günahsız insanlar, o cümlədən Azərbaycan türkləri qətlə yetirilir.

29 yanvar 1918-ci il…
Gəncə quberniyası ərazisində çar rejiminə qarşı üsyan başlayır. Üsyançıların bəziləri rejimin yerli məmurları tərəfindən cəzalandırılır…

29 yanvar 1919-cu il…
Şuşa , Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarını əhatə edən, mərkəzi Şuşa şəhəri olan, yeni yaradılan general-qubernatorluğu (Xosrov bəy Sultanov general-qubernator təyin edilmişdi) ermənilər tanımaq istəmir və elə həmin gün Zəngəzurda və Qarabağda ölümlə nəticələnən bir neçə terror aktı törədirlər.

29 yanvar 1942-ci il…
Sovet İttifaqı, Böyük Britaniya və İran arasında birgə alyans haqqında saziş imzalanır. Sazişə görə, Cənubi Azərbaycanda SSRİ-nin hərbi kontingenti yerləşdirilir.

29 yanvar 1944-cü il…
Azərbaycan Demokratik Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin qızı Lətifə və nəvəsi (Lətifənin qızı) Qazaxıstanda, Balacan kəndində sürgündə olarkən gecə vaxtı soyuq daxmada donaraq ölürlər.

29 yanvar 1992-ci il…
Xocalıdan sonuncu vertolyot uçur. Xocalı şəhəri tam mühasirədə qalır.

29 yanvar 1992-ci il…
Ağdam rayonunun və Ağdam şəhərinin qərbində yerləşən azərbaycanlılar yaşayan kəndlər ermənilər tərəfindən atılan raket atəşlərinə məruz qalır. Çoxlu dağıntılar baş verir.
Ağdamda yanacaq doldurma məntəqəsinə düşən raket mərmisinin partlaması nəticəsində 1 nəfər azərbaycanlı həlak olur.

29 yanvar 1992-cü il…
Ağdam rayonunun Şelli və Əhmədavar kəndləri istiqamətində erməni silahlıların hücumu zamanı 2 azərbaycanlı həlak olur.

29 yanvar 1994-cü il…
Ağdam rayonunun Salahlı kəndi ermənilər tərəfindən işğal edilir.


Abunəlik