Ərdoğandan Qərbə Azərbaycan MESAJI: “Hələ də anlaya bilmirlər ki…”

Baxılıb:50
Ərdoğandan Qərbə Azərbaycan MESAJI: “Hələ də anlaya bilmirlər ki…”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra xalqa müraciətində Ermənistanla Azərbaycan arasında sülh prosesindən danışıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Onun sözlərinə görə, Ermənistan təhlükəsizliyi minlərlə kilometr aralıda axtarmaq əvəzinə, qonşuları ilə sülh və əməkdaşlıq qurmalıdır.

Türkiyə prezidentinin sözlərinə görə, bəzi qərb dairələri Cənubi Qafqazda yeni oyun qaydaları yaratmağa çalışırlar.

“Bəzi Qərb dairələri hələ də anlaya bilmirlər ki, Qarabağ müharibəsinin başa çatması ilə regionda tamamilə yeni mərhələ başlayıb”, – Ərdoğan bildirib.

O, həmçinin bildirib ki, Cənubi Qafqaz regionunda yaşayan xalqların problemləri və xalqlar arasında münaqişələr hesabına öz maraqlarını reallaşdırmağa çalışan qüvvələr illərdir Ermənistanı qışdırmaqla əslində ən böyük ziyanı erməni xalqına vurublar.

“Onlar erməniləri istismar edir, mümkünsüz xəyallar qurur, onlardan yararlanır, təhlükəyə atırdılar. Ermənistan da bu reallığı görməli və qəbul etməlidir.

Erməni xalqı və onun rəhbərliyi təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdır”, – Türkiyə prezidenti bildirib.

Ərdoğan Ermənistanın silahlanması məsələsinə də toxunaraq bildirib ki, bəzi ölkələrin göndərdiyi heç bir silah və sursat regionda sabit sülhü təmin edəcək sabitliyi əvəz edə bilməz.

“Bizim ən böyük arzumuz odur ki, ermənilər 30 ildən sonra yaranmış sülh fürsətini hansısa arzulara görə əldən verməsinlər. Buradan bir daha Ermənistanı azərbaycanlı qardaşlarımızın uzaddıqları barışıq əlini qəbul etməyə çağırıram. Bir daha təkrar edirəm ki, biz Türkiyə olaraq Azərbaycanla əməkdaşlıq çərçivəsində prosesin uğurla başa çatdırılması üçün lazımi addımları atmağa hazırıq”, – deyə Ərdoğan vurğulayıb.


Abunəlik