Əsgər qaçağı klinikada “gizlənir”

Baxılıb:989
Əsgər qaçağı klinikada “gizlənir”


Klinika təhsilsiz “cərrahları” çalışdırır?


Özəl klinikaların dövlət qurumlarının nəzarətindən kənar qalması estetik əməliyyatlar və prosedurlar zamanı  ölüm və şikəst qalma hallarının pik həddə çatmasına səbəb olub. Nuray Aydınlı və özünü potsientlərə Tural kimi təqdim edən Şumal Həbibov “həkimlər” belələrindəndir.  Burada belə bir məqam ortaya çıxır. Araşdırmalar zamanı məlum olub ki, onların heç birinin tibbi təhsili yoxdur. Əgər klinikalar həmin şəxsləri  cəmiyyətə əməkdaş kimi təqdim edirsə hansı meyarlar əsas götürülür? Yox , otaq icarəyə verilibsə, tibbi təhsili olmayan biri hansı sənədləri təqdim edərək buna nail olub? Güman ki, burada vergidən yayınma halları da müsahidə oluna bilər. Biz bu şəxlərin çalışdığı klinikalara yaxınlaşdığımız zaman  hər iki “həkimin” liposaksiya əməliyyatı icra etdiyi bildirildi. Halbuki  bu əməliyyat ən riskli əməliyyat hesab olunur. Belə bir əməliyyatın təhsilsiz biriləri tərəfindən edilməsi hansı faciələrə yol aça bilər, özünüz təsəvvür edin.

Şumal Həbibov debildir?


Başqa adı əqli gerilik olan debillik xəstəliyinə məruz qalmış şəxslərə məsuliyyət tələb edən işləri həvalə etmək olmaz. Ələlxüsus da insanların sağlamlığını debillərə etibar etmək olmaz.

Yetərincə reklam olunan kosmetoloq doktor Tural (Həbibov Şümal Zərbəli oğlu) əsgərliyə çağırıldığı 2010-cu ildə tibbi komissiyadan keçmiş və debillik xəstəliyi səbəbindən hərbi xidmətə məhdud yararlı hesab edilmişdir.

Beləliklə, hərbi xidmətdən (həm də sonrakı müharibə və hərbi toqquşmalardan) yayınmağı bacaran debil Şümal Həbibovun debilliyi (2009-cu ildən RƏXD-nin qeydiyyatındadır, Diaqnozu: Debillik dərəcəsində oliqofreniya davranış pozuntuları ilə) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin ruhi-əsəb xəstəlikləri dispanserinin 30.01.2010-cu il tarixli arayışı ilə də təsdiq olunur. Bu kateqoriyaya aid olan şəxslər hər 3 ildə bir dəfə təkrar müayinə olunaraq yenidən şəhadətləndirilməlidirlər. 1991-ci il təvəllüdlü Şümal Həbibov sonrakı dövrdə necə olubsa, sənədlərini Sabunçu rayon hərbi komissarlığından “yoxa çıxarıb” və onu itirib-axtaran olmayıb.

Hətta orta məktəbi bitirdiyi barədə attestat ala bilmədiyi deyilən Şümal Həbibov sonradan necə olubsa, 2014-cü ildə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsini cərrahlıq ixtisası üzrə bitirib (Diplom: B№ 226047, qeydiyyat nömrəsi: 2/084). Daha sonra bir neçə qeyri-mötəbər tədris mərkəzlərində kurslardan keçdiyi barədə sertifikatlar alıb.

Araşdırmalarımız nəticəsində məlum oldu ki, illər əvvəl bu “həkim ” haqqında illər əvvəl saytlar yazıb.Həmkarların araşdirmasından:

Xəstəliyi ilə məşğuliyyəti aşkar ziddiyyət təşkil edən Həbibovun öz adını dəyişdirməsinin səbəbini bəlkə də “Şümal” sözündən xoşu gəlməməsi ilə əlaqələndirmək olar. Amma kim zəmanət verə bilər ki, o, bu yolla həm də öz debil keçmişini “ört-basdır” etməyə çalışmayıb?

“Qaragözova” Klinikasının baş həkimi Gülya xanıma müraciət edib məsələyə münasibətini soruşduq. O isə sualımıza sualla cavab verdi: “Niyə özündən soruşmursunuz? Bura Azərbaycandır, hər şey ola bilər”.

Biz yenidən bu suallarla bağlı Şümala zəng edib onun da mövqeyini öyrənmək istədik. Bildirdi ki, «sizə zəng edəcəklər» . Sonradan dəfələrlə etdiyimiz zəngə isə o, cavab vermədi.

Xatırladaq ki, ötən il Səhiyyə Nazirliyi “Qaragözova” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus klinikada aparılan planlı yoxlama zamanı sertifikasiyadan keçməyən 19 nəfər işçi, lisenziyadan kənar iş və fəaliyyət, yəni rentgenoloji iş aşkarlayıb. Böyük ehtimalla Tural (Şümal Həbibov) da Səhiyyə Nazirliyinin sertifikasiyasından keçməyən həmin 19 nəfərdən biridir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) və 215.4-cü (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddələri ilə inzibati qaydada protokol yazılıb və Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baş tutan iclasda klinika 6 min manat məbləğində cərimə olunub.

Yazınin ərsəyə gəlməsində digər saytların materiallarından istifadə olunmuşdur.

Saidə Vəliyeva/AzTimes.az/


Abunəlik